x
Loading...

Deputat mandatı almaq istəyən sənətçilər - SORĞU - FOTO

Deputat mandatı almaq istəyən sənətçilər - SORĞU - FOTO
15:12 10 Avqust 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il parlament seçkilərinə 3 aydan da az vaxt qalıb. Artıq yavaş-yavaş seçkidə iştirak edəcək namizədlərin adları açıqlanır.

Bəs bu seçkidə sənət, şou-biznes nümayəndələrindən kimlər namizədliklərini irəli sürəcəklər?

Milli.Az xəbər verir ki, aznews.az bununla bağlı müğənnilər arasında sorğu keçirib.

Xalq artisti Flora Kərimova belə niyyətinin olmadığını bildirib: "Mən parlament seçkilərində iştirak etmişəm. Namizəd olaraq sınaqdan keçmişəm. Hamı bilir ki, qatıldığım dairədə qələbə qazandım. Amma daha parlament seçkilərində namizəd olaraq iştirak etmək kimi niyyətim yoxdur".

Xalq artisti İlhamə Quliyeva yaradıcılıqla məşğul olduğunu deyib: "Mənim deputatlığa ehtiyacım yoxdur. İşim yaradıcılıq və səhnədir. Heç vaxt deputat olmaq kimi bir niyyətim olmayıb".

Xalq artisti Niyaməddin Musayev də deputat olmaq istəməyənlərdəndir: "Mən parlament seçkilərində namizədliyimi irəli sürmək fikrində deyiləm".

Əməkdar artist Tünzalə Ağayeva sənət adamının yerinin Milli Məclis yox, səhnə olduğunu bildirib: "Başım ancaq yaradıcılıq işlərinə qarışıb. Parlament seçkilərinə namizəd olaraq qatılmaq kimi fikrim yoxdur. Sənət adamının yeri səhnədir".

Əməkdar artist Lalə Məmmədova: "Yox, qarşıdan gələn parlament seçkilərinə namizəd olaraq iştirak etmək fikrində deyiləm. Səbəbini heç özüm də bilmirəm, amma deputatlıq mənə yaddır".

Müğənni Xatirə İslam siyasətə qarışmadığını vurğulayıb: "Mənim siyasətlə nə işim var?! Bizim çox gözəl deputatlarımız var. Amma sənətçinin yeri səhnədir. Deputat olmaq mənlik deyil. Mənim işim ancaq oxumaqdır".

Bəstəkar-müğənni Elza Seyidcahan isə hələ qərarsızdır: "Həyatdır, nə desən olar. Hələ ki, bilmirəm".

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR