Gülağa Aslanlı Qubad İbadoğlunu bölücülükdə ittiham edib

Gülağa Aslanlı Qubad İbadoğlunu bölücülükdə ittiham edib
17:57 26 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:55 ]


Bakı. Etibar Məmmədov - APA. “Yanvarın 31-də Müsavat Partiyasının qərargahında planlaşdırılan toplantını partiyada dağıdıcılıq funksiyasını öhdəsinə götürmüş insanların növbəti tədbiri kimi qiymətləndirirəm”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təklifinə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, Q.İbadoğlu Müsavat rəhbərliyinə yanvarın 31-də Müsavat Partiyasının qərargahında toplantı keçirərək, partiyada yaranmış vəziyyəti müzakirə etməyi təklif edib. O, bununla bağlı partiyanın Mərkəzi İcra Aparatına müraciət etdiyini vurğulayıb.

 

G.Aslanlı isə bildirib ki, üç gündür texniki səbəblərdən internetə qoşula bilmədiyindən, bu təklifdən xəbəri yoxdur: “Qubad İbadoğlu mənimlə yalnız internetlə əlaqə saxlamalıdır?”

 

Onun sözlərinə görə, sözügedən tədbirin təşkil olunmasında məqsəd Müsavatın nüfuzuna zərər gətirməkdən başqa bir şey deyil: “Bu tədbiri Müsavat Partiyasında dağıdıcılıq funksiyasını öhdəsinə götürmüş insanların növbəti tədbiri kimi qiymətləndirirəm. Çünki həmin gün Müsavat Partiyasının yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür və həqiqi müsavatçılar ancaq bu məsələ ilə bağlı tədbirdə iştirak etməklə Rəsulzadəyə öz ehtiramını bildirə bilərlər. Həmin gün kimsə hər hansı tədbir keçirməyi planlaşdırırsa, o tədbir Müsavat Partiyasında bölücülük yaratmaq, partiyanın adına və nüfuzuna zərər gətirməkdən başqa bir şey deyil”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR