AŞ Nazirlər Komitəsinə sədrlik edən Belçikanın xarici işlər naziri Azərbaycana gələcək

18:37 26 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:31 ]

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iş günündə hazırda Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Belçikanın Avropa və xarici işlər naziri Didye Reynders çıxış edib.

APA-nın Avropa müxbirinin xəbərinə görə, sədrlik etdiyi qurumun fəaliyyətinə dair assambleya üzvləri qarşısında hesabat verən D. Reynders Avropada baş verən son siyasi proseslər haqqında danışıb. O, Rusiya ilə Ukrayna arasında gedən müharibədən bəhs edərək tərəfləri silaha əl atmadan, məsələni dialoq yolu ilə həll etməyə çağırıb. Eyni zamanda Parisdə və Brüsseldə baş vermiş terror aktlarına toxunan NK sədri Avropa dəyərlərinin təhlükəsiz şəraitdə olmadığını bildirib və hər növ terrorizm və ekstremizmlə mübarizə çağırıb.

 

Bundan başqa, belçikalı nazir öz çıxışında bu ilin aprel ayında Azərbaycan və Ermənistana səfər edəcəyini də açıqlayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR