“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə dünyanın müxtəlif ölkələrinin akademik dairələrindən 300-dən çox mütəxəssisin iştirakı gözlənilir.
Simpoziumun iştirakçıları “Avtomatlaşdırılmış Kompüter Mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” sahələrində həyata keçirdikləri ən müasir tədqiqatların nəticələrini nümayiş edəcəklər.
Tədbir çərçivəsində həmçinin müasir cihazların, proqram təminatlarının, aksessuarların və simpozium mövzularına uyğun ədəbiyyatın nümayişi nəzərdə tutulub.
Aynur Vəliyeva