Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM
18:54 26 Yanvar 2015
233 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. 

DSMF fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirəcək.

 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR