Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir

18:57 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:51 ]

Bakı - APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

APA-Economics”in məlumatına görə, sənədə əsasən Dövlət Sosial Müdafiə Fondu 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.

 

Bundan başqa, fonda fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

 

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR