ANS PRESS-in məlumatına görə, Tanzaniyada bu il seçki ili olduğu üçün Saat Qülləsi adlı kilsənin üzvülərinin heç bir səsvermə hüququnun olmaması müzakirə mövzusuna çevrilib.
Kilsə Tanzaniyanın Mərkəzi Tanganika Gölünün sahilində Kitika səhərində yerləşir. Saat Qülləsi kilsəsinin ruhani liderlərindən Jonas Simulunga da sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada idiaların həqiqətə uyğun olduğunu bildirib.
Ruhani lider kilsə üzvülərinin səs verməməsinin səbəbini inancları ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Tanzanya müstəqil olduğu 1961-ci ildən bəri kilsə üzvüləri səsvermədə iştirak etmirlər.
"Bu bizim təriqətimizdə günah saylır. İnancımıza görə səs vermək, siyasi partiyalara üzv olmaq və qan verməkdə günah sayılan əmələrdəndir. Ona görədə bizim kilsənin üzvüləri səsvermədə iştirak etmirlər". -deyə rahib bildirib.
Tanzaniyada Saat Qülləsi adlı kilsə qeyri-adi adətləri bunula bitimir. Kilsə üzvüləri 2012 ci ildən ölkədə əhali sayının qeydə alınmasına etiraz edirlər.
Təxminən 100 il əvvəl ruhani Enock Sindani tərəfindən qurulan kilsənin Tanzaniya xaricində sadəcə Zambiyada şöbəsi var. Rəsmi məlumata görə, 2014 cü ildə 50 milyona yaxın olan Tanzaniya əhəalisinin 44 % -i xristiyan, 35 % -i müsəlman, və 21% -i isə yerli dinlərə mənsub insanlardır.