Veyk-an-Zeyedə növbəti şahmat festivalı 2016-cı il yanvarın 15-dək 31-dək keçiriləcək

19:33 26 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Veyk-an-Zeyedə keçirilən şahmat festivalının təşkilatçıları – “Tata Steel Chess” konserni və Peşəkar Şahmatçılar Assosiasiyası (PŞA) 2016-cı ildə keçiriləcək növbəti yarışa qədər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Veyk-an-Zeyedə keçiriləcək iki turnirin hərəsində PŞA üçün bir yer ayrılacaq.
AzərTAc Veyk-an-Zeyedə keçiriləcək festivalın direktoru Yerun van den Berqə istinadla bildirir ki, növbəti, 78-ci forum bir ildən sonra – 2016-cı il yanvarın 15-dən 31-dək keçiriləcək. Festivalın baş sponsoru əvvəlki kimi “Tata Steel” konserni olacaq.
Xatırladaq ki, dünən 77-ci festivalın bağlanışı olub. Bu festivalda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edirdi.
Veyk-an-Zeyedə keçirilmiş əvvəlki festivallarda Azərbaycan şahmatçıları beynəlxalq qrossmeysterlər Vüqar Həşimov və Şəhriyar Məmmədyarov iştirak ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR