ANS PRESS-in məlumatına görə, Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədən bəhs oluanan ”Qanlı Yanvar” bədii filmi noyabr ayının 13-dən 29-dək keçiriləcək 19-cü “Black Nights” film festivalında nümayiş etdiriləcək.
Bununla bağlı festivalın prezidenti Tiina Lokk filmin quruluşçu rejissoru Vahid Mustafa Yevə rəsmi dəvət məktubu göndərib. Məktubda "Qanlı Yanvar" bədii filminin seçim komitəsi tərəfindən böyük maraqla izlənildiyi geyd olunur.

“Black Nights” film festivalının loqosu
Estoniyanın paytaxtı Tallində 1997-ci ildən keçirilən Avropanın ən iri festivallarından olan “Black Nights” kinofestivalı Ümümdünya prodüserlər assosiyasi (FIAPF) tərəfindən akreditə olunub. FIAPF-ın akreditə etdiyi kinofestivallar sırasında Berlin, Kann, Moskva, Venesiya, Monreal, Qahirə, Tokio kimi nüfuzlu film festivalları var. Festival ənənəvi olaraq Tallində ABŞ-dan Asiyayadək müxtəlif ölkələrdən olan kino xadimlərini bir araya toplayır.

“Black Nights” film festivalı 2014-cü il
”Qanlı Yanvar” bədii filmi həmçinin Montreal Beynəlxalq Film festivalına dəvət alıb. Film
Kanadada avqustun 27-dən sentyabrın ayının 7-dək keçiriləcək festivalda da nümayiş etdiriləcək.
"Qanlı yanvar" filmi sovet ordusunun törətdiyi qırğından bəhs edir və həmin gecə baş verənləri Azərbaycan ailəsi olan Nərimanovların gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar.

"Qanlı Yanvar" filmindən kadr
Dramın mərkəzində isə onların anası - Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrənin canlandırdığı Xədicə xanım dayanıb. Filmdə tanınmış azərbaycanlı aktyorlarla yanaşı Nəbahət Çehrə və Leyn Devis kimi məşhur xarici aktyorlar da çəkiliblər.
Filmin Bakı premyerası 2015-ci ilin yanvar ayının 19-da baş tutub.

Leyn Devis (amerikalı jurnalist) və Azər Aydəmir (Mehdi)