Azərbaycanda ətraf mühitə ziyan vuran sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi üçün qanunvericiliyə dəyişikliklər ediləcək

23:57 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 23:52 ]

Bakı. Ramiz Mikayıloğlu-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə 2015-ci il ərzində ətraf mühitə ziyan vuran sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi, bununla bağlı qanunvericilikdə dəyişikliklərə dair təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunmasını təmin etməlidir.

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

 

Dövlət Proqramının “Qanunvericiliyin təkmilləşdirilməsi” bölməsində qeyd edilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci ildə investisiyaların təşviqi ilə bağlı mexanizmin və müvafiq normativ hüquqi aktın,  sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq normativ hüquqi aktın layihələrini hazırlamalıdır. Nazirliyə 2015-201-ci illərdə sənaye sahəsində fəaliyyəti tənzimləyən qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması da tapşırılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR