"Barselona"nın hücumçusu Neymar İspaniya Superkuboku çərçivəsində oynanılacaq görüşlərdə meydana çıxmayacaq.
Metbuat.az-ın məlumatına görə, ulduz futbolçu sağlığındakı problemlər səbəbindən komandasına kömək edə bilməyəcək. O, Avropa Superkuboku uğrunda "Sevilya" ilə oynanılan görüşdə də oynamamışdı.
İspaniya Superkuboku çərçivəsində "Atletik" və "Barselona" avqustun 14-dən 15-nə keçən gecə Bakı vaxtı ilə saat 01:00-də "San Mames"də üz-üzə gələcəklər. Cavab görüşü bir həftə sonra oynanılacaq.