Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 17-dən 23-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, U-17-nin toplanışındakı heyətdə Kamran İbrahimov, Aslan Bədəlzadə, Elçin Əsədov, Pilağa Mehdiyev, Bahadur Həziyev (beşi də “Neftçi”), Ricat Qarayev (“Sumqayıt”), Fərid Nəbiyev, Cavidan Qasımlı, Murad Popov (üçü də “Qəbələ”), Məmməd Hüseynov (“Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı, Süleyman Əhmədov (üçü də “İnter”), Doğukan Öksüz, Cem Murat Akpinar (hər ikisi “Trabzonspor”, Türkiyə), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”) və Barış Pala (“Beşiktaş”, Türkiyə) yer alıblar.