Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin aprel-iyun aylarında Yaponiya iqtisadiyyatı 0.4 faiz zəifləyib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Yaponiyanın iqtisadiyyat naziri Akira Amari bunu havaların pisləşməsi nəticəsində ABŞ və Çinə ixrac olunan məhsulların həcminin azalması ilə izah edib.
Qeyd edək ki, Yaponiya bu ölkələrə əsasən çəltik və digər dənli bitkilər ixrac edir.