İstanbul, 19 avqust, AZƏRTAC
Türkiyənin Diyarbəkir vilayətinin Lise rayonunda tətbiq olunan komendant saatı avqustun 19-da da davam edəcək.
Anadolu Agentliyinin məlumatına görə, avqustun 17-də axşam saatları terrorçu Kürd Fəhlə Partiyası (PKK) üzvlərinin hücumları nəticəsində Diyarbəkir- Bingöl yolunda bir hərbçi şəhid olub, 3-ü isə yaralanıb. Ölkənin cənub-şərq bölgəsində PKK terrorçularının daha fəallıq etməsi hökumət qüvvələrini əlavə tədbirlər görməyə vadar edir.
PKK yaraqlılarının terror təhlükəsini zərərsizləşdirmək məqsədilə vilayətin bir sıra bölgələrində elan olunmuş fövqəladə vəziyyət şəraitində terrorçulara qarşı mübarizə davam edir. Bildirilir ki, Xalqların Demokratik Partiyasının Məclis üzvü Bercan Aktaş sosial şəbəkədə terrora dəstək çağırışı etdiyi üçün saxlanılıb. Bundan başqa, Siirtedə polisin keçirdiyi antiterror əməliyyatında 14 nəfər PKK-çı həbs edilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul