Miladi: 19 avqust 2015
Hicri: 04 zilqədə 1436

İlin 230-cu günü
İlin sonuna 135 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.38
Günəş - 06.54
Zöhr - 13.49
Əsr - 18.10
Məğrib – 20.50
İşa – 22.16

1630-cu ildə Osmanlı səyyahı Övliya Çələbi 50 il davam edəcək səyahətə başlayıb

1662-ci ildə fransız riyaziyyatçı Blez Paskal vəfat edib

1888-ci ildə Belçikada dünyada ilk dəfə gözəllik müsabiqəsi keçirilib

1912-ci ildə Xalq şairi Mirvarid Dilbazi anadan olub

1915-ci ildə türkçü şair Tofiq Fikrət vəfat edib

1919-cu ildə Əfqanıstan Böyük Britaniyadan müstəqilliyini elan edib

1934-cü ildə Adolf Hitlerə “Reyxsfürer” rütbəsi verilib

1946-cı ildə ABŞ-ın 42-ci prezidenti Bill Klinton dünyaya gəlib

1953-cü ildə İranda Məhəmməd Musədiqin başçılıq etdiyi hökuməti devrilib, Məhəmməd Rza Pəhləvi hakimiyyətə gəlib

1954-cü ildə ABŞ-da kommunist partiyalar qadağan olnub

1960-cı ildə Dünyada ilk dəfə canlı məxluq kosmosa göndərilib və sağ-salamat geri qayıdıb Belka adlı it SSRİ-də "Sputnik-5" raketi ilə kosmosa göndərilib və avqustun 20-də sağ-salamat geri dönüb

1960-cı ildə SSRİ ərazisində endirilən cəsus “U-2” təyyarəsinin pilotu Frensisa Qeri Pauersa 10 il həbsə məhkum olunub

1991-ci ildə kommunizm tərəfdarı KQB və ordu generalları Rusiyada dövlət çevrilişinə cəhd edib

1995-ci ildə Azərbaycan Respublikası Uqanda ilə diplomatik əlaqələr qurub