Müğənni Elnarə Xəlilova və Xuraman Şuşalı əməkdaşlığa başlayıb.

Bu barədə Milli.Az-a müğənni özü bildirib. Hicaba keçdikdən sonra əsasən qadın məclislərində çıxış edən X. Şuşalı bir neçə ildir xınayaxdı mərasimlərinin təşkili və keçirilməsi ilə məşğuldur. Elnarə deyib ki, artıq bu işdə X. Şuşalı ilə birgə çalışacaq:

"Hər kəs bilir ki, el şənliklərində çox az hallarda, yaxından tanıdığım, kontingenti haqqında məlumatım olan məclislərdə çıxış edirəm. Məndən çox xahiş edirdilər ki, xına məclislərinə qatılım.

Qızların, gəlinlərin, anaların, baldızların, bacıların, qaynanaların bu xahişini nəzərə alaraq qərara gəldim ki, xına mərasimlərində çıxış edim. Bu işdə Xuramanla əməkdaşlığa başladıq. Hələlik bir ay sınaq müddəti olacaq. Artıq məni xına mərasimlərində də görəcəksiniz".

Milli.Az