Azərbaycan Rusiyanın Tümen vilayətinə neft emalı sahəsində birgə layihələrin həyata keçirilməsini təklif edib

12:32 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:29 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev ilə görüşüb.

 

"APA-Economics"in qubernatorun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, azərbaycanlı diplomat 2015-ci ildə Tümen nümayəndə heyətini Bakıya səfər etməyə dəvət edib. Qubernator buna müsbət cavab verib.

 

Tərəflər arasında əməkdaşlığın perspektivli istiqaməti qismində neft-qaz maşınqayırması, səhiyyə, təhsil və turizmin inkişafı, neft-qaz xidmətində yeni texnologiyaların işlənilməsi və neft emalı sahələri qeyd olunub.

 

Bundan başqa, inşaat sahəsində təcrübə mübadiləsi, ikitərəfli ticarətin genişləndirilməsi də mümkündür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR