Bakı, 20 avqust, AZƏRTAC
“Yanq Boyz”–“Qarabağ” oyunu hər iki komandanın UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması üçün sonuncu imkandır. Ona görə də maraqlı qarşılaşma gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avroliqanın pley-off mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Yanq Boyz” (İsveçrə)–“Qarabağ” (Ağdam, Azərbaycan) kollektivlərinin oyunundan əvvəl Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.
Q.Qurbanov bildirib ki, meydanın süni ot örtüyünə sahib olması oyunumuza mane olmayacaq. Biz artıq buna alışmışıq. Bu mərhələnin favoritini söyləmək mümkün deyil. Düşünürəm ki, komandaların şansları bərabərdir.