Moskvada Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının təqdimatı olacaq

12:37 27 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:33 ]


Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının təqdimat mərasimi keçiriləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təqdimat mərasimi Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Məmməd Əmin Rəsulzadə Məclisinin təşkilatçılığı ilə baş tutacaq.

 

Mərasim yanvarın 30-da Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində keçiriləcək.

 

Qeyd edək ki, tarixçi alim Nəsiman Yaqublunun müəllifi olduğu ensiklopediya Azərbaycanın görkəmli dövlət xadimi M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib. İlk dəfədir ki, M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə. Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası verilib. Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR