"Avropanın bəzi media orqanları Azərbaycana qarşı əsl səlib yürüşünə təhrik edilirlər"

"Avropanın bəzi media orqanları Azərbaycana qarşı əsl səlib yürüşünə təhrik edilirlər"
13:27 27 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ prezidenti öz ölkəsinin vətəndaşları arasında etibarını itirdikdə, bu, bir qayda olaraq, yeni prezidentin gəlişi ilə bərpa olunur. Lakin beynəlxalq miqyasda itirilmiş nüfuz və etibarın bərpası on illərlə zaman tələb edə bilər".

Pentaqonun Yaxın Şərq üzrə sabiq müşaviri, Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin belə hesab edir.

Rubin çərşənbə axşamı Trend-ə deyib: “Təəssüf ki, məhz Obamanın Rusiyaya laqeyd münasibəti öz növbəsində bu ölkəni cəsarətləndirdi və ABŞ-ın Baltikyanı, Azərbaycan və Polşa kimi müttəfiqləri Amerikaya şübhə etməyə başladılar”.

Onun sözlərinə görə, ABŞ-ın növbəti prezidentinin başlıca prioritetlərindən biri müttəfiqlərin və tərəfdaşların ölkəyə etimadının bərpası olacaq: “ABŞ Azərbaycanın simasında müttəfiqlərinə sübut etməlidir ki, biz onları Rusiyanın Ermənistan kimi “müvəkkil şəxsləri”nin təhdid və təcavüzlərindən müdafiə edirik”.

Son vaxtlar ABŞ Dövlət Departamentinin rəsmi orqanı hesab edilən “Vaşinqton Post” qəzeti başda olmaqla, bir sıra Qərb KİV-lərində Azərbaycanla bağlı tərəfdaşlıq anlayışı ilə heç cür uyğun gəlməyən, adi etik çərçivələrdən kənara çıxan qeyri-obyektiv materialların sayı durmadan artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Human Rigts Watch", "Freedom House" kimi təşkilatlardan Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunur. Təkcə Amerika mediası və təşkilatları deyil, Avropanın bəzi vətəndaş cəmiyyəti institutları və media orqanları da Azərbaycana qarşı əsl səlib yürüşünə təhrik edilirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR