Xalq artisti, operamızın ən gənc Karmeni Fidan Hacıyeva həyatı boyu çox az sayda insanla dostluq etdiyini dilə gətirib.

Milli.Az xəbər verir ki, publika.az-a danışan sənətçi bunun səbəbini belə izah edib:
"Mən həmişə hesab etmişəm ki, insanın dostu çox olmamalıdır. Elə buna görə də dostlarım çox azdır, bir, ya bir neçə nəfər. Həmin insanlarla da ailəvi münasibət saxlayırıq. Sənətdə və həyatımda əldə etdiyim uğurları da o dostlarla paylaşıram. Çalışıram hər zaman neqativ insanlardan uzaq durum".

Milli.Az