"Report" xəbər verir ki, bu barədə öz Twitter səhifəsində jurnalist Dmitri Smirnov yazıb.
"ABŞ Valentina Matvienkoya viza verməkdən imtina edib. Federasiya Şurasının spikeri Nyu-Yorkda parlamentlərarası ittifaqda çıxış etməli idi", - deyə o bildirib.
Məlum olduğu kimi, Matvienko ABŞ-ın 2014-cü ilin martında Ukraynanın ərazi bütövlüyünün pozulmasında iştirakçı bildiyi şəxslərə qarşı qəbul etdiyi sanksiya siyahısına daxil edilib.
Spiker, həmçinin Avropa İttifaqının sanksiyaları altındadır.