Müğənni Elnarə Xəlilova yeni saç düzümü ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi son vaxtlar başına tac qoyur.
Müğənni buna görə onu qınayanlara da cavab verib:
"Tacı ancaq gəlinlik libasına yaraşdıran cahillər... Arada bir az kitab oxuyun, internetdən məlumat toplayın. İmkan olanda burnunuzdan o tərəfi də görün. Bundan sonra ara-sıra məni tac aksessuarımla toylarda, ad günlərində, xınalarda, səhnələrdə, "Şahzadə" obrazında hələ çox görəcəksiniz".
Milli.Az




