Miladi: 26 avqust 2015
Hicri: 18 şəvval 1436

İlin 237-cu günü
İlin sonuna 128 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.47
Günəş - 07.01
Zöhr - 13.47
Əsr - 18.03
Məğrib – 20.39
İşa – 22.03

1071-ci ildə Səlcuqlu hökmdarı Alparslanın başçılıq etdiyi ordu, Bizans ordularını məğlub edərək, Malazgirt döyüşündə qələbə qazanıb

1740-cı ildə fransız ixtiraçı, hava şarının ixtiraçılarından biri Jozef-Mişel Monqolfye anadan olub

1743-cü ildə fransız kimyaçı, müasir kimyanın banilərindən biri Antuan Lavuazye anadan olub

1789-cu ildə Fransa Parlamenti "İnsan və Vətəndaş Haqqları Bəyannaməsi"ni qəbul edib

1830-cu ildə Belçika İnqilabı başlayıb

1847-ci ildə Liberiya müstəqilliyi elan edib

1850-ci ildə Fransa kralı I Lui-Filip vəfat edib

1858-ci ildə İlk teleqram göndərilib

1914-cü ildə argentinalı yazıçı, şair, magok realizm cərəyanının nümayəndələrindən biri Xulio Kortasar anadan olub

1918-ci ildə Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvələri arasında Bakı uğrunda vuruşlar başlayıb

1920-ci ildə ABŞ-da qadınlara seçkilərdə iştirak etmək hüququ verən konstitusiya düzəlişi qüvvəyə minib

1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası yaradılb.

1927-ci ildə azərbaycanlı memar Tələt Xanlarov anadan olub

1936-cı ildə Böyük Britaniya Süveyş kanalını öz nəzarətində saxlamaqla Misirə müstəqillik verib

1936-cı ildə BBC-də ilk səsli TV yayımı oldu

1949-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə anadan olub

1950-ci ildə Türk Tədəvvüf sənətçisi Əhməd Özhan anadan olub

1957-ci ildə İlk tranzistorlu radio satışa çıxarılıb

1964-cü ildə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva anadan olub

1978-ci ildə I İoann Pavel Roma Papası seçilib

1978-ci ildə azərbaycanlı aşıq Mikayıl Azaflı vəfat edib

1982-ci ildə türk aktrisa Qəmzə Özçelik (Zeynəb komissar) anadan olub