Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışır. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.
İlk yarış günündə güləşçilərimiz 1 bürünc medal (Xancavad Məcidzadə (50 kq)) qazanıb.
İkinci yarış günündə 42, 46, 69, 76 və 85 kq çəkidə yunan-Roma güləşçiləri yarışır.
Təmsilçilərimizin hamısı mübarizəni dayandırıblar.
42 kq
1/8 final - Fail İsgəndərov - Poya Marz (İRİ) 0:8
46 kq
1/8 final - Mortada Nanaa (ALG) - Zaur Nuriyev 2:1
69 kq
1/16 final - Ülvi Qənizadə - Aleksandr Komarov (RUS) 2:5
76 kq
1/16 final - Damian Von Euv (SUİ) - Nəzərşah Fətullayev 0:6
1/8 final - Nəzərşah Fətullayev - Stefano Alfedo (MEX) 5*:5
1/4 final - Nəzərşah Fətullayev - Samat Salpiyev (KGZ) 4:8
85 kq
1/16 final - Marko Radoviç (SRB) - Uğur Hacılı 0:8
1/8 final - Uğur Hacılı - Mixail İosifidis (GRE) 2:6