Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Londonun ICE birjasında Brent markalı neftin barrelinin qiyməti artmaqda davam edərək 48 dollara çatıb. WTI markalı neftin barrelinin qiyməti isə 43 dollarda qərarlaşıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, neft qiymətlərinin artımı son 6 ildə rekord səviyyədə artaraq 10 faiz təşkil edib.
Həmçinin bu gün Asiyanın fond birjalarında da artım davam edib. Əsasən də Çinin Shanghai Composite fond indeksi hərracın əvvəlində 1,5 faiz bahalaşıb.
Amerikanın fond indeksləri avqustun 27-nin nəticələrinə əsasən 2,2 faizə qədər artıb. Standard & Poor's 500 fond indeksinin artımı isə son iki sessiyada 2009-cu ilin ən yüksək göstəricisinə çatıb.