Bakı, 28 avqust, AZƏRTAC
Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə mübarizə aparan Azərbaycan güləşçiləri Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq) bürünc medal qazanıblar.
Bosniya və Hersoqovinanın paytaxtında keçirilən mundialın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar yarışır. Azərbaycan yığması yalnız 52 kq çəki dərəcəsində təmsil olunur. Onaltıdabir final mərhələsində mübarizəyə qoşulan Leyla Qurbanova ilk olaraq ABŞ güləşçisi ilə mübarizə aparacaq.