Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.

Çempionatın üçüncü günündə mübarizə aparan qızlarımız 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.

Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar yarışır. Azərbaycan yığması yalnız 52 kq çəki dərəcəsində təmsil olunur.

52 kq
1/16 final - Qreysi Fiqueroa (ABŞ) - Leyla Qurbanova 3:4
1/8 final - Sae Nanjo (JPN) - Leyla Qurbanova 4:5
1/4 final - Alcija Czyzovicz (POL) - Leyla Qurbanova