Play Store

Ag derili, qara bextli insanlar - FOTO

Ag derili, qara bextli insanlar - FOTO
22:27 27 Yanvar 2015
1008 Dünya
Ölkə mətbuatı
A- A+

Onlari heyvan kimi ovlayir, sikest edir, alir ve satirlar.
Bu adamlarin derilerinin rengi onlari bedbext edib.
Onlar albinos qaraderililerdir.
 
Afrikada albinoslarin yasamlari cox cetindir.
Milli.Az Daily Mail-e istinaden qeyd edir ki, Tanzaniyada da albinoslar ovlanirlar.
Bu adamlarin konkret qiymetleri de var.
 
Meselen, albinos tanzaniyalinin el ve ya ayagi 3-4 min dollara, "tam vucudu" ise 60-70 min dollara satilir.
Ehalisinin tam ekseriyyeti ifrat yoxsulluqda yasayan Tanzaniyada albinosun oldugu ailelerin bir coxu acliqdan qurtulmaq ucun bu zavallini yerli cadugerlere ve falcilara satirlar.
 
Eli, ayagi olmayan albinoslar nadir hal deyil. Onlarin el-ayaqlari kesilir, amputasiya edilir, cadugerlere satilir.
Deride, aclarda ve gozlerde piqmentasiyanin tam yoxluq ile sertlenen irsi genetik durum olan albinizm Tanzaniyada her 1400 neferden birinde musahide olunur.
 
Olkedeki albinoslar, esasen, eyaletlerde, ucqar kendlerde yasayirlar.
Qerb olkelerinde ise albinizm her 20 min neferden birinde var.
 
4 yasli Emmanuela Nundi oten ilin dekabrinda evinden ogurlanib. Qizin ogurlugu ile bagli olaraq onun atasi ve emileri hebs olunublar. Usagin yerini bilene polis 1500 dollar mebleginde mukafat da ved edib.
Ancaq balaca Emmanuella hele de tapilmayib.
 
Tanzaniyada albinoslarin huquqlarinin mudafiesi ile mesgul olan "In The Shadow Of The Sun" fondundan verilen melumata gore, usagin tapilmasina umid cox azdir. Cox yeqin ki, Emmanuellani cadugerlere satiblar.
 
Mviqulu Matonanqenin 11 yasi var. O, dostu ile birlikde mektebden eve qayidanda iki kisinin hucumuna meruz qaliblar.
"Meni yere yixdilar, sol qolumu kesdiler. Qolumu goturub getdiler. Bu adamlari evveller hec gormemisdim", - Mviqulu deyib.
38 yasli Emiliya Nbdomneni ise yatanda oldurubler.
 
Onun qatilleri eri ve 4 kisidir. Macete ile dogranmis Emiliyanin cesedi namelum istiqamete aparilib.
Bunu Emiliyanin 8 yasli qizi gorub.
 
Tanzaniya dunyanin en yoxsul 25 olkesi arasinda yer alir.
 
Milli.Az 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR