Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalı müxtəlif klubdan olan baykerler arasında "Fashion shou" keçirilib.

ANS PRESS-in məlumatına görə, 10 bayker öz bayklarında məxsus olduqları klubun geyimlerini nunayiş etdiribler. Bu şounun ən maraqlı tərəfi isə qalibin seçilmə üsulu olub. Şouda ən yaxşıları baykerlər motosikletlərinin səsi ilə səçiblər.

Daha sonra baykerler arasında "Birlik" yarışı baş tutub. Dörd bayker stullarda bir-birinin dizleri üzərində dayanıblar. Stullar çəkildikdə isə onlar məhz bir-birləri sayəsində yıxılmadan qala biliblər.

Baykerlərin bu nümayişi həm yerli sakinlər, həm də festivalı izləyən turistlər tərəfindən alqışlarla qarşılanıb.

"Fashion shou" və "Birlik" yarışından görüntülər.

Baykerlərin bu nümayişini hər kəs alqışlarla qarşıladı (FOTO)

Bundan əvvəl də baykerler arasında bir-birindın maraqlı müsabiqələr baş tutub. İlk olaraq 4 bayker Şəki paxlavası yemək yarışına qatılıblar.

Onlara ayrılan paxlavanı yemək üçün 30 saniyə vaxt verilib. Baykerin qatıldığı müsabiqədə iki nəfər ikinci mərhələyə kəçib. İkinci mərhələdə qalan şirniyyatı yemək üçün 17 saniyə kifayət edib.

İkinci mərhələ Aleksey və Pərviz adlı baykerler arasinda keçirilib. Şirniyyatdan ən çox yeyən isə müstəqil bayker Aleksey Məlikov olub.

Baykerlər "test-ride" (sürət testi) da keçiriblər. Onlar "Test-ride" zamanı bir neçə maneəni keçərək finiş xəttinə çatmalı idilər. Öz bacarıqlarını gostərən baykerlər şounu izləyən tamaşaçıların və jurnalistlərin alqışını qazanıb. Baykerlər motosikletlərində göstərdikləri əsrarəngiz şoularla izləyicilərı əyləndirib.

"Test-ride"dan görüntülər

Baykerlərin bu nümayişini hər kəs alqışlarla qarşıladı (FOTO)
Baykerlərin bu nümayişini hər kəs alqışlarla qarşıladı (FOTO)
Baykerlərin bu nümayişini hər kəs alqışlarla qarşıladı (FOTO)
Baykerlərin bu nümayişini hər kəs alqışlarla qarşıladı (FOTO)
Baykerlərin bu nümayişini hər kəs alqışlarla qarşıladı (FOTO)

Həmçinin oxuyun:

Möhtəşəm açılışdan möhtəşəm görüntülər (YENİLƏNİB, FOTO, VİDEO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

Baykerlər yarışlara başladılar (FOTO)

Baykerlər Şəkidə şou göstərdilər (FOTO)