Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Çempionatın son günlərində sərbəst güləşçilər yarışır. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.

Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc(Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq))medal qazanıb.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşir.

46 kq
1/8 final - Monu Monu (İND) - Əsgər Məmmədəliyev 4:2 (güləşçimiz zədələnib)

54 kq
1/16 final - Fərrux Əliyev - Abbas Raxmonov (UZB) 4:9

63 kq
1/16 final - Orxan Abbasov - Süleyman Maçinov (KGZ) 13:5
1/8 final - Kristian Santiago (MEX) - Orxan Abbasov

76 kq
1/16 final - Mahmud Ahmed (EGY) - Əhliman Quliyev 4:5
1/8 final - Botond Lukacs (HUN) - Əhliman Quliyev 1:12
1/4 final - Aslanbek Qvaramiya (RUS) - Əhliman Quliyev

100 kq
1/16 final - Yuriy İdzinskiy (UKR) - Alimaqomed Alixmayev 0:10
1/8 final - Gable Steveson (USA) - Alimaqomed Alixmayev