Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatında türk və erməni güləşçilər üz-üzə gəliblər.

ANS PRESS-in məlumatına görə, qarşılaşma Yakup Yerlikaya və Hovhannes Maqhakyan arasında keçirilib.

Yerlikaya erməni güləşçini 6-0 hesabı ilə məğlub edərək finala yüksəlib. Güləşçi 6 gün ərzində gərgin mübarizə aparan özbək Kasanboy Rahimovla yarışda 7-0 məğlub olaraq qızıl medalı əldən verib.

Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Türk güləşçi ermənini belə məğlub etdi

Hidistanlı Hussain Nasirlə mübarizədə qalib gələn Yakup Yerlikaya 100 kq çəkidə dünya üçüncüsü olub. Türkiyə yarşıda ümumilikdə 1 gümüş və 4 bürünc medala sahib çıxıblar.

Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Yakup Yerlikaya qalibiyyətdən sonra

Beynəlxalq turnirdə Azərbaycan güləşçiləri də təmsil olunub. Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc (Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq)) medal qazanıb.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Bu türk ermənini belə "diz çökdürdü" (FOTO)
Azərbaycanlı güləşçilərin təltif edilmə mərasimi

Son iki gündə mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında çempionatı dördüncü sırada tamamlayıb.