Bakı, 31 avqust, AZƏRTAC
Sentyabrın 9-da "Caspian European Club" mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə biznes-forum təşkil edəcək.
"Caspian European Club"dan AZƏRTAC-a bildirilib ki, biznes-forum çərçivəsində turizmin inkişaf perspektivləri, dünya iqtisadi böhranının Azərbaycanın turizm sahəsinə təsiri məsələləri müzakirə olunacaq.
"Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev bildirib ki, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab almaq, Azərbaycanda turizmin inkişafı ilə bağlı problemləri müzakirə etmək və həlli yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında aktiv dialoq üçün təkliflər irəli sürmək imkanı əldə edəcəklər.