ŞOK! 10 min Ukrayna əsgəri mühasirədədir (VİDEO)

ŞOK! 10 min Ukrayna əsgəri mühasirədədir (VİDEO)
04:11 28 Yanvar 2015
258 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində, yaraqlıların nəzarətində olan Donetsk və Luqanskın yol ayrıcında yerləşən Debaltseve şəhəri yaxınlığında dəhşətli döyüşlər gedir.

ANS PRESS-in məlumatına görə, Ukrayna ordusunun 5 mindən 10 minə qədər əsgəri məhz bu şəhərdə mühasirəyə düşüb.
Rusiyanın “Rossiya 1” kanalının yaydığı məlumata görə Ukrayna ordusnun mühasirədən yeganə çıxış yolu Artyomovsk magistral yolundan keçir. Buradan isə keçmək mümkün olsa belə itkisiz baş verməyəcək.

Ukrayna ordusnun sözçüsü Vladyslav Seleznyov yanvarın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında hadisələri Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra ən pis vəziyyət kimi qiymətləndirib.

Bu arada Ukrayna parlamenti Ali Rada Rusiyanı təcavüzkar dövlət kimi tanındığını bildirən bəyanat qəbul edib. Eyni zamanda, Avropa İttifaqının liderləri Ukraynanın şərqində separatçıları dəstəklədiyinə və regionda zorakılıqları aızışdırdığına görə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ukrayna qanunvericiləri həmçinin Rusiyanın dəstəklədiyi separatçıarlın Ukraynın Donetsk və Luqansk regionlarında elan etdiyi “xalq respublikaları”nı terrorçu təşkilatlar kimi tanınmasına səs verib. Rada beynəlxalq ictimaiyyəti qeyri-hərbi yardımı artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karsin Rusiyanın təcavüzkar dövlət kimi səciyyələndiriləməsini məsuliyyətləsiz və düşnücəsiz addım adlandırıb və bunun Ukraynada kompromisin əldə edilməsi istiqamətində səylərin qarşısını aldığını deyib.

Brüsseldə Avropa İttifaqının liderləri Ukraynanın cənub-şərqində Mariupolda 30 adamın ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnmiş hücumu pisləyən bəyanatla çıxış edib. ATƏT Mariupola raketlərin separatçıların nəzarətində olan ərazidən atıldığını bildirib.

Avropa İttifaqının liderləri Rusiyanın separatçılara dəstəyi davam etdirib gücləndirdiyinə dair dəlilin olduğunu bildiriblər. Bunu Rusiyanın məsuliyyətini olduğunu vurğulayan Avropa İttifaqı blokun xarici işlər nazirləinin Moskvaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirdiyini bəyan edib.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR