Bakı, 1 sentyabr, AZƏRTAC
"Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə seçim prosesinin nəticələrini açıqlayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "Bayıl Arena" stadionunda təşkil olunan seçim prosesində iştirak edən 86 uşaqdan 13-ü seçimlərdən müvəffəqiyyətlə keçərək Mançester Yunayted Futbol Məktəbinə qəbul olunub. Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.
Seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.
"Mançester Yunayted Futbol Məktəbi"nə növbəti seçimin nəticələri açıqlanıb