Bakı, 1 sentyabr, AZƏRTAC
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 332-ə çatıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən avqust ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fiziki şəxslər Rəhimə Mahmudova, Ofeliya Quliyeva, Rafiq Şükürov, Elşən Məmmədov və "Alişan" şirkətinə məxsus istirahət mərkəzi, mehmanxana və motel turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.