“İnsanlar bu axmaq şeirin mənə aid olduğunu düşünüb, biabırçı şərhlər yazırlar. Çox ayıb oldun o kəslərə ki, Elza Seyidcahanın adından belə sarsaq sözləri yayırlar. Bunu yayanlar arasında telekanal işçiləri, jurnalistlər də var. Araşdırmadan, doğrunu öyrənmədən belə addım atmalarına əsəsbiləşdim. Mənə qarşı qara piar edirlər. Görürlər ki, başımı aşağı salıb yaradıcılığımla məşğulam, başlayırlar mənə sataşmağa. Onsuz bu cür saxta şeirlər yazıb, mənim adımdan yayanları məhkəməyə vermişəm. Bunlar da işin içinə əlavə olunacaq. Onlardan külli miqdarda təzminat alacam. Tək məni yox, sevənlərimi də əsəbiləşdirirlər. Görürlər ki, millət vəkilliyinə namizədliyimi irəli sürmüşəm, işimə qara yaxmaq istəyirlər. Mənə qarşı təxribat aparırlar. Əməkdar artisti təhqir edirlər. Belə şantajla bağlı artıq bir iş məhkəmədədir, bu təxribat da o işə əlavə olundu. Məhkəmədə cavab verəcəksiz ki, nə səbəbə Elza Seyidcahana görə bu qədər narahatsız? Gecəniz-gündüzünüz ərşə çəkilib?! Məni sevərlər onsuz da heç vaxt inanmazlar onların Elzası sizin düşündüyünüz qədərdir!"
Elza Seyidcahan ona sataşanların Allah qarşısında Qurandan sitat gətirməklə cavab verməli olacaqlarını xatırlatdı: Saleh insanın başına çox işlər gələr, amma qüdrətli Allah sevdiyi bəndəsini bütün bəlalardar qurtarar. Allahın bizə vədi var: "Rəbbim bizə hücum edəcək düşmənlərimizi önümüzdə məğlub edəcək. Onlar bizə bir yoldan hücum edəndə, önümüzdən yeddi yola qaçacaqlar".

Elza Seyidcahanın İnstaqram səhifəsində paylaşdığı statusu