2014-cü ilin iyun ayında İŞİD tərəfindən İraqın Mosul şəhərində girov götürülən baş konsul Öztürk Yılmaz deputat olmaq istəyir.
Anspress-in məlumatına görə, o, namizədliyini Cümhuriyyət Xalq Paritasından (CHP) irəli sürəcək.
Artıq keçmiş əsir namizədliyini təsdiqlətmək üçün də addım atıb. Öztürk bu məqsədlə Türkiyənin Düşənbədəki (Tacikistan) səfiriliyi vəzifəsindən istefa verib.
Keçmiş konsul CHP sədri Kamal Kılıcdaroğlu ilə də görüşüb. Məlumata görə müxalif partiya yeni namizədini 7 iyun seçkilərində deputat mandantı üçün yer ayırmadığı Ardahan şəhərindən irəli sürəcək.
Öztürk Yılmaz istefası və müxalifət partiyasından namizədliyi ilə bağlı açıqlama verərkən bildirib ki, siyasət mənim uşaqlığımdan bəri içimdə olan bir həsrətdir.
"Vəzifəmdən istefa verdim. Hər bir vətəndaşın demokratik siyasət haqqı var. Çətin vəzifələrədə təcrübəm olduğundan bu imkanlarımı xalqım üçün xərcləmək istəyirəm", - Öztürk bildirib.
2014-cü ilin iyun ayında İŞİD tərəfindən girov götürülən 49 türk diplomatı 101 gün əsir saxlanıldıqdan sonra Türkiyənin keçiridiyi xüsusi əməliyyatla azad edilib.
101 gün ərzində 8 dəfə yer dəyişdirmiş və hər dəfə onların yeri məlum olub. Girovların qaytarılması ilə bağlı digər bir məlumatda isə bildirilirdi ki, Türkiyə tərəfi İŞİD qruplaşmasına külli miqdarda pul ödəyib. Amma Türkiyə Milli Kəşfiyyat İdarəsi bu fikri tam təkzib edərək İŞİD tərəfi ilə bu barədə heç bir danışığın olmadığını bildiriblər.
İraqda girovları alan Türkiyə xüsusi xidmət orqanları diplomatları Suriyaya, oradan isə vətənlərinə gətiriblər. Türk diplomatları ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan girovların 101 gün ərzində heç bir təhriklərə uymadığına və möhkəm iradə göstərdiyinə görə təşəkkür edib. Prezident 49 diplomatına görə İŞİD-ə qarşı yaradılan koalisiyaya qoşulmadığını əlavə edib.
Milli.Az


