Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Sentyabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Don Kixotun yubileyləri: Servantesin romanı-400, Q. Qarayevin "Don Kixot" simfonik qravürləri-55" adlı tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirdə mövzu çərçivəsində videofraqmentlər nümayiş olunacaq və kiçik sərgi təşkil ediləcək.
Bəstəkarların klassik əsərlərindən ibarət müxtəlif musiqi nömrələri səsləndiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az