Tovuz, 3 sentyabr,AZƏRTAC
Nəsrəddin Tusi adına Tovuz şəhər tam orta məktəbinin məzunu Hüseyn Nəsirli qəbul imtahanlarında 547 bal toplayaraq İ.P.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunub.
Hüseyn Nəsirli AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, həkim peşəsinə yiyələnmək çoxdankı arzusudur. “Çalışacağam ki, ali məktəbdə də təhsilimi uğurla başa vurum və savadlı bir həkim kimi xalqımın xidmətində dayanım” – deyə H.Nəsirli qeyd edib .