[ 03 Sentyabr 2015 17:02 ]


Bakı. Mәlahәt Nәcәfova - APA. "2013-cü ildә ilk qayıq İtaliyanın Lampeduza sahilindә batdıqdan sonra daim bu problem üzәrindә çalışmışam”.

APA-nın mәlumatına görә, bu sözlәri Beynәlxalq Miqrasiya Tәşkilatının rәhbәri Uilyam Leysi Sving son günlər Aralıq dәnizindә və digər dənizlərdə qanunsuz miqrantları daşıyan qayıqların batması mәsәlәsinә münasibәt bildirәrkәn deyib. O bildirib ki, bu istiqamәtdә Avropa İttifaqı vә ona üzv ölkәlәrlә yüksәk səviyyəli әlaqәlәr mövcuddur: “Biz daim bu mәsәlәni müzakirә edirik. Öz tәklif vә xahişlәrimizi çatdırırıq. Lampeduza adası yaxınlığındakı fәlakәtdә 364 nәfәr hәyatını itirmişdi. Bu hadisәdәn sonra biz xüsusi sәnәd hazırladıq. Sәnәd “ölüm cığırı” adlanırdı. Qeyd edirik ki, indiyә kimi 40 min insan qlobal miqrasiya zamanı ölüb. Onlardan 22 mini Aralıq dәnizindә hәyatını itirib. Bizim ölkәlәrdәn istәyimiz budur ki, miqrantlara qarşı sәrt siyasәt yürütmәsinlәr vә ksenofobiya hallarına son qoyulsun. Mәhz bu kimi hallar vәziyyәtin daha da pislәşmәsinә sәbәb olur”.