Qurban bayramının vaxtı dəqiqləşib (2015).
Nazirləri Kabinetinin qərarına əsasən bu il Qurban bayramı sentyabrın 24-25-də qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Metbuat.az -ın məlumatına görə, təqvimə əsasən 24 sentyabr cümə axşamına, 25 sentyabr cümə gününə, 26 və 27 sentyabr isə şənbə-bazar günlərinə təsadüf etdiyi üçün ölkədə üst-üstə 4 gün qeyri-iş günü olacaq.