Sosial ipotekanın əhatə etdiyi əhali kateqoriyaları artırıla bilər

Sosial ipotekanın əhatə etdiyi əhali kateqoriyaları artırıla bilər
13:08 28 Yanvar 2015
446 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

"Biz çalışacağıq ki, sosial ipotekaya ayrılan vəsaitin miqdarı, eyni zamanda, onun əhatə etdiyi insanların kateqoriyaları artırılsın". Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, gənclərlə bağlı parlament qarşısında bir sıra məsələlərin qaldırılacağını da istisna etməyib: "Elm sahəsində gənclərin sayı bizi heç də qane etmir. 29 yaşa qədər tam elmi dərəcə alanlar çox azdır. Bu təbiidir, dünyada belədir. Biz Milli Məclisə "Gənclər siyasəti haqqında" Qanuna, eləcə də digər müvafiq qanunlara əlavə və dəyikliklərin olunmasını təklif edəcəyik. Gənc alimlərin yaş limitinin 35-40 yaşa qədər artırılması təklif ediləcək. Bunula bağlı AMEA ilə müzakirələr aparılacaq".

Nazir müavini qeyd edib ki, sosial ipotekanın əhatə etidiyi insanlar arasında elmlə məşğul olan gənclər də nəzərə alınacaq: "Təbii ki, bu ilk növbədə, maaşlarla bağlıdır. Amma Mərkəzi Bankın son açıqlamaları ümid yaradır ki, bu sahədə irəli sürülən son ideyalar artıq gerçəkləşməkdədir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR