x
Loading...

"Baku Open - 2015" ənənəvi şahmat festivalının “C qrupu” uşaq turniri başlayır

"Baku Open - 2015" ənənəvi şahmat festivalının “C qrupu” uşaq turniri başlayır
16:05 4 Sentyabr 2015
107 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakıda keçirilən Şahmat üzrə "Dünya Kuboku" və Karlar arasında Avropa Çempionatı kimi mötəbər turnirlər ərəfəsində, Respublika Şahmat Mərkəzində, eyni zamanda 06 sentyabr tarixindən "Baku Open - 2015" ənənəvi şahmat festivalının "C qrupu" uşaq turniri start götürəcəkdir.
 
Bu turnirlər vaxtı "C qrupu"nda iştirak edən uşaqlar günün birinci yarısında mükafat uğrunda mübarizə aparacaq. Hansı ki, bu mükafatları Azpetrol, Azersun, KENAN İnşaat və Ticarət, R.I.S.K. , Beynəlxalq Sığorta Şirkəti, BESTCOMP və s. kimi sponsor şirkətlər təqdim edəcək.

Daha sonra 11 sentyabrdan start verilən "Dünya Kuboku"-nun oyunlarını izləmək üçün Fairmont otelində izləyici kimi iştirak edəcəklər.
 
"Baku-Open 2015" şahmat festivalı çərçivəsində "C-qrupu" artıq 7-ci ildir ki, təşkil olunur, deyə Turnirin direktoru Beynəlxalq Dərəcəli Təşkilatçı, FİDE hakimi Məcid Əfəndiyev bildirib. O, həmçinin əlavə edib ki, nə qədər şahmata həm ümümdünya, həm də ölkə rəhbərliyinin dəstəyi olacaq Azərbaycanın intellektual gələcəyi barədə arxayınlıqla yaşamaq olar

Majid Afandiyev
FIDE International Organizer
FIDE Arbiter
Director of Chess Center of Azerbaijan
+994506630072

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/367018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR