Bu gün Vaqif Səmədoğlunun vəfat etməsindən sonra Azərbaycanda xalq şairlərinin sayı azaldı. Bəs hazırda Azərbaycanda neçə nəfər Xalq şairi və Xalq yazıçısı həyatdadır. Lent.az-ın məlumatına görə, modern.az bunu Azərbaycan Yazıçılar Birliyi ilə (AYB) dəqiqləşdirib. AYB-dən bildirilib ki, hazırda 5 Xala şairi və 6 Xalq yazıçısı həyatdadır. Xalq yazıçı və Xalq şairi adına görə həmin ədəbiyyat nümayəndələrinə 50 manat müavinət verilir.

Bu adlara layiq görülən yazıçı və şairlərin siyahısını təqdim edirik.

Xalq şairləri:

Söhrab Tahir
Nəriman Həsənzadə
Fikrət Qoca
Sabir Rüstəmxanlı
Zəlimxan Yaqub

Xalq yazıçıları:

Maqsud İbrahimbəyov
Anar Rzayev
Elçin Əfəndiyev
Rüstəm İbrahimbəyov
Mövlud Süleymanlı
Çingiz Abdullayev