x
Loading...
.

Dünyanın ən balaca adamı ölüb - FOTO

Dünyanın ən balaca adamı ölüb - FOTO
09:32 5 Sentyabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 05 Sentyabr 2015 10:31 ]


Bakı - APA. Ötən gün Amerika Samoasında yaşayan dünyanın ən kiçik boylu insanı Çandra Bahadur Danqi dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, Nepal əsilli Çandra Bahadur Danqinin adı dünyanın ən balaca boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu 54,6 sm olub.

 

Ç.B.Danqi 76 yaşında ölüb. Bir həftə öncə o, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Ç.B.Danqi həmçinin indiyə kimi qeydə alınmış ən balacaboy insan kimi də Ginnes Rekordları tituluna sahibdir. O, bu titulları 2012-ci il 26 fevral tarixindəki yoxlamalardan sonra əldə edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR