Dünyanın ən balaca adamı vəfat etdi - FOTO

Dünyanın ən balaca adamı vəfat etdi - FOTO
11:12 5 Sentyabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən balaca adamı sayılan 54,6 santimetr boylu Çandra Bahadur Danqi 76 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Hindistanın "The Kathmandu Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, nepallı Sakit okeanda yerləşən Samoa arxipelaqındakı adalardan birində dünyasını dəyişib. Danqiyə ötən həftə sətəlcəm diaqnozu qoyulmuşdu.

Nepallı 2012-ci ilin fevralında dünyanın ən balaca adamı kimi qəbul edilib və onun bu nailiyyəti "Ginnesin rekordlar kitabı"na düşüb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR