37 xarici aviaşirkət İrandan dünyanın 57 hava limanına uçuşlar həyata keçirir

37 xarici aviaşirkət İrandan dünyanın 57 hava limanına uçuşlar həyata keçirir
13:18 5 Sentyabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Hazırda 37 xarici aviaşirkət İrandan dünyanın 57 önəmli hava limanına uçuşlar həyata keçirir. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Mülki Aviasiya Təşkilatının Aviasiya şirkətləri və müəssisələrinin monitorinq ofisinin rəhbəri Mürtəza Dehqan deyib.

M.Dehqan şənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin avqust ayında Yunanıstan Milli Hava Yolları Afinadan Tehrana uçuşlara başlayıb: “Almaniyadan iki şirkət ("Lufthansa" və "Germania" Hava Yolları) İrana uçuşlar həyata keçirir. "Lufthansa" hər gün Tehrana və əks istiqamətə uçuşlar yerinə yetirir, "Germaniya" şirkəti isə həftədə 5 gün Berlindən Tehran və Məşhəd şəhərlərinə uçuşlar təşkil edir”.

Onun sözlərinə görə, "Lufthansa" şirkəti İranda uçuşların həyata keçirilməsi ilə yanaşı, təyyarələrin təmiri və saxlanılması sahəsində də sərmayə yatırmaqda maraqlıdır.

M.Dehqan deyib ki, hazırda xarici şirkətlər İrana uçuşların sayını artırmaq istəyirlər və bunun üçün müraciət ediblər, məsələni araşdırırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2430243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR