x
Loading...
.

Həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 15 min polis əməkdaşı təmin edəcək

22:52 5 Sentyabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 05 Sentyabr 2015 23:49 ]

Bakı-APA. Bu il Həcc ziyarəti zamanı Məkkədə zəvvarların təhlükəsizliyini 15 min polis əməkdaşı təmin edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Məkkənin Mülki Müdafiə üzrə Baş İdarəsinin rəhbəri Həmid bin Əbdül əl Mübadəl bildirib.

 

“İdarə sabahdan, yəni bazar günündən etibarən 15 mindən çox zabit və sıravini cəlb etməklə Həcc zamanı fövqəladə halların qarşısının alınması planının icrasına başlamağa hazırdır”, deyə  Həmid bin Əbdül əl Mübadəl bildirib.

 

Onun sözlərinə görə, Məkkədə və ətrafında 250 yardım mərkəzi və 55 səyyar yanğınsöndürmə heyəti yerləşdirilib.  

 

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə 1,5 milyondan çox zəvvarın gələcəyini gözləyir.  

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR