Həmədanda iraqlı zəvvarları daşıyan avtobus aşdı, 11 nəfər həlak oldu

Həmədanda iraqlı zəvvarları daşıyan avtobus aşdı, 11 nəfər həlak oldu
10:23 7 Sentyabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Həmədan əyalətində Məlayir şəhərindən Bürucerd şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb, 11 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Həmədan əyaləti üzrə yol polis idarəsinin rəisi general Mehdi Şakiri deyib ki, hadisə ötən axşam yerli vaxtla saat 19:00 radələrində baş verib.

M.Şakirinin sözlərinə görə, avtobusun sərnişinləri iraqlı zəvvarlardır.

Sürücü yol sürüşgən olduğu üçün idarəetməni itirib və avtobus aşıb. Hadisə nətciəsində ölənlərin 10 nəfəri qadın, 1 nəfəri kişidir.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 25 nəfər isə Məlayir xəstəxanalarına çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı cinayət işi açılıb, olayın təfərrüatları araşdırılır.

Qeyd edək ki, iraqlı zəvvarlar İranın Məşhəd və Qum şəhərlərindəki ziyarətgahları ziyarət etdikdən sonra vətənlərinə qayıdarkən qəzaya düşüblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2430472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR